HƏMAS-ın yüksək səviyyəli rəsmilərindən biri olan Usamə Həmdan deyib: “Düşmən Qəzzə zolağında Fələstin xalqını hər şeydən məhrum edib, qırğın və dağıntıları davam etdirir.”
“Müqavimətin mesajı budur ki, müqavimət yolunu davam edəcək, iradəsi güclüdür və cəhdlərə baxmayaraq, heç nə onu məğlub edə bilməz” - deyə, HƏMAS rəsmisi bəyan edib.
Həmdan atəşkəs danışıqları haqqında da deyib: “Danışıqlardakı aydın mövqeyimiz atəşkəsin yaradılması, işğalçıların Qəzzədən geri çəkilməsi, əsirlərin dəyişdirilməsi və İsrail tərəfindən heç bir şərt qoyulmadan Qəzzənin yenidən qurulmasıdır.”
O, açıqlamasının digər hissəsində HƏMAS-ın Siyasi Ofisinin rəhbərinin təyin olunması ilə bağlı deyib: “Bizim daxili nizam-intizam və prosedurlarımız var ki, bu da tezliklə Siyasi Ofis rəhbərinin elan olunmasına gətirib çıxara bilər.”
Sizin rəyiniz