7 yanvar 2025 at 23:25
Jurnalist kodu: 5561
Xəbər kodu: 85713639
T T
0 Persons
Prezident: İran bütün tərəflərin sazişə qayıtmasına və qarşılıqlı öhdəlikləri yerinə yetirməsinə hazırdır

Tehran - İRNA - Prezident çərşənbə axşamı Ermənistan, İrlandiya, İngiltərə, Türkmənistan, Sierra Leone, Keniya, Kuba, Küveyt, Mavritaniya və Hollandiyanın yeni səfirlərini ayrıca qəbul edib, etimadnamələri qəbul edib və onların salamlayaraq deyib: “İran İslam Respublikası bütün tərəflərin sazişə qayıtmasına və qarşılıqlı öhdəlikləri yerinə yetirməsinə hazırdır.”

Prezident Ermənistanın yeni səfiri Qriqor Akopyanla görüşündə İran və Ermənistan xalqları arasında qədim əlaqələrə toxunaraq deyib: “Qonşularımızla, o cümlədən Ermənistanla əlaqələrimizi genişləndirmək strateji və prinsipial siyasətdir. Ümid edirəm ki, İranda olduğunuz müddətdə bu əlaqələr daha da dərinləşəcək.”

Pezeşkiyan sonra Kubanın yeni səfiri Fernando Lebre Nicolas ilə görüşdə iki ölkə arasında sıx əlaqələrin vacibliyini vurğulayaraq deyib: “İran və Kuba müstəqillik və imperializmlə mübarizə yolunda bədəl ödəyib və ödəməkdə davam edir. Ona görə də müstəqil ölkələr problemlərin həllində bir-birinə dəstək ola bilərlər. Ümid edirəm ki, İranda olduğunuz müddətdə biz iki ölkə arasında münasibətlərin dərinləşməsinin şahidi olacağıq.”

Prezident Küveytin yeni səfiri Məşəl Əhməd Mənsurla görüşündə də deyib: “İslam ölkələri Rəsuli-Əkrəmin (s) yolu və tövsiyələri əsasında bir-biri ilə əlaqələr və qardaşlıq münasibətlərini gücləndirməlidirlər. Ümid edirəm ki, sizin İranda iştirakınızla İran və Küveyt arasında münasibətlər dərinləşəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .