İranın neft sənayesi son onilliklərdə bir çox sanksiyalarla üzləşib, lakin sanksiyalar bu sənayenin hərəkətini dayandıra bilməyib və bütün bu illərdə ölkədə neft hasilatı və ixracı davam etmişdir.
Təbii ki, Amerikanın ölkəmizə qarşı düşmənçiliyinin davam edəcəyini də unutmaq olmaz, lakin İranın Neft naziri Möhsin Paknejadın da bundan əvvəl bildirdiyi kimi İranın neft sənayesindəki övladları gələcəkdə mümkün məhdudiyyətləri azaltmaq üçün həll yolları hazırlayıblar və istənilən ssenarinin öhdəsindən gəlməyə hazırdırlar.
Sizin rəyiniz