11 yanvar 2025 at 22:57
Jurnalist kodu: 5561
Xəbər kodu: 85717232
T T
0 Persons
Fransanın terror qruplaşmasının yığıncağına evsahibliyi etməsi pislənilir

Tehran - İRNA - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın “münafiqlər” terror qruplaşmasının yığıncağına evsahibliyi etməsini terrorizmin dəstəklənməsi, Fransa hökumətinin terrorizmin qarşısının alınması və onunla mübarizə üzrə beynəlxalq hüquqi öhdəliyinin pozmasının bariz nümunəsi kimi pisləyib.

İsmayıl Bəqai minlərlə günahsız həmvətənimizin şəhid olmasına, minlərlə insanın yaralanmasına səbəb olan münafiqlər qrupunun terror fəaliyyətlərinin tarixinə toxunub, eləcə də İrana qarşı səkkiz illik hərbi təcavüz zamanı bu qrupun Səddam rejimi ilə əlbirliyini xatırladıb, Fransada bu qrupun ünsürlərinin mövcudluğu və fəaliyyətinin davam etməsini Fransa hökumətinin terrorizmlə mübarizə ilə bağlı beynəlxalq konvensiyalara və BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinə uyğun olaraq beynəlxalq hüquqi öhdəliklərini pozması, həmçinin “BMT Nizamnaməsinə əsaslanan hökumətlər arasında dostluq münasibətləri və əməkdaşlıqla bağlı beynəlxalq hüququn əsas prinsiplərinə” zidd kimi xarakterizə edərək vurğulayıb ki, Fransanın terrorizmlə bağlı müdara və seçmə davranışı Fransa hökuməti üçün beynəlxalq məsuliyyət yaradan cinayət əməlidir, etika və insan hüquqları standartları baxımından qınanılır və rədd edilir. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .