ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində hava şəraitinin kəskinləşməsi, o cümlədən güclü külək və aşağı rütubət davam edir və bu, yanğının əhatə dairəsinin və qurbanların sayının artmasına səbəb olub. Əldə edilən statistikaya görə, azı 16 nəfər həyatını itirib, 10 min bina dağılıb, 153 min nəfərin təxliyəsi barədə göstəriş verilib.
Meteoroloqlar bu həftə sonu Los-Ancelesdə sürətli və quru küləyin yenidən güclənəcəyini və yanğından təsirlənən bu ərazinin vəziyyətini daha da pisləşdirəcəyini proqnozlaşdırıblar.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristian Krouli Fox News telekanalına müsahibəsində deyib ki, onun departamenti üçün 17 milyon dollarlıq büdcənin kəsilməsi və su təchizatı ilə bağlı problemlər yanğınsöndürənlərin yanğınlarla mübarizə aparmaq qabiliyyətini azaldıb.
Sizin rəyiniz