İranın İslam Respublikasının prezidenti bu müsahibəsində və “Diplomatiya üçün mümkün təhlükələrdən biri ABŞ-in İranın Donald Trampa sui-qəsd planı olduğuna inanması ola bilər. Belə bir plan olubmu?” sualına belə cavab verib: Regionda, Avropada və başqa yerlərdə gördüyümüz bütün sui-qəsdlərdə iranlıların izləri varmı?! Əlaqə olubmu? Heç vaxt!
“Deyirsiniz ki, İranın heç vaxt Trampı öldürmək planı olmayıb?” sualına cavab olaraq Pezeşkiyan əlavə edib: Qətiyyən! Trampa qarşı sui-qəsd deyilən plan İsrail və digər ölkələrin İranla düşmənçiliyi təşviq etmək planıdır.
İran İslam Respublikasının prezidenti “Donald Trampı öldürmək üçün heç bir tədbir görülməyəcəyinə söz verirsinizmi?” sualına cavabında deyib: Bizim əvvəldən belə bir niyyətimiz olmayıb və olmayacaq.
Sizin rəyiniz