Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib: “Məzlum Fələstin xalqının müdafiə etmək, Qəzzə zolağına və Yəmənə edilən hücumlara cavab vermək məqsədilə və Uca Allahın köməyi ilə, Yəmən Silahlı Qüvvələrinin raket bölməsi işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) düşmən İsrailin müharibə nazirliyinin qərargahını “Zülfiqar” ballistik raketi ilə hədəfə aldı.”
“Allahın lütfü ilə, bu raket yüksək dəqiqliklə hədəfinə çatdı və düşmənin müdafiə sistemləri onun qarşısını ala bilmədi” - deyə, o, əlavə edib.
Yəhya Sərii deyib: “Yəmən Silahlı qüvvələri bir daha vurğulayırlar ki, atəşkəs razılaşmasının icrası zamanı düşmən İsrailin istənilən hərbi təcavüzü və vəziyyəti gərginləşməsinə qarşı hərbi yolla mübarizə aparmaq üçün Qəzzədə Fələstin müqavimətinin yanında olacaqlar.”
Sizin rəyiniz