Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “Qəzzə Müqavimət Simvolu” Günü münasibəti ilə X kanalındakı hesabında yazıb: “Müqavimət Simvolu Qəzzə Günündə işğalçı rejimin son 16 ayda həyata keçirdiyi cinayətkar “müstəmləkəçilik məhvi” planının qurbanı olmuş günahsız fələstinli uşaqların, günahsız kişi və qadınların xatirəsini ehtiramla anırıq. Sionist rejimin soyqırımı və aparteidinə qarşı Qəzzə xalqının əfsanəvi müqavimətini ehtiramla yad edirik.”
Ölkəmizin diplomatiyasının sözçüsü əlavə edib: “Öz müqəddəratını təyinetmə hüququ və müstəmləkə işğalı və aparteid boyunduruğundan azad olmaq üçün müqavimət və mübarizə beynəlxalq hüquqa görə insani və qanuni haqdır; davamlı olaraq müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı törədən işğalçı rejimin cəzasız qalmasına qarşı çıxmaq beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına uyğun məsuliyyət və borcdur.”
Sizin rəyiniz