SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin üzən şəhərlərindən birinin açılışı İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlaminin iştirakı ilə keçirilib.
SEPAH-ın baş komandanı bu mərasimdə deyib: “Bu gün SEPAH Hərbi Dəniz Qüvvələrinin hörmətli komandiri ilə birlikdə ziyarət etdiyimiz kompleks SEPAH Hərbi Dəniz Qüvvələrinin hücum gəmiləri, raket buraxılış qurğuları və mina buraxan sistemlərinin saxlanması üçün çoxsaylı komplekslərdən biridir.”
General-mayor Səlami deyib: “Bu gün əziz İran xalqının gördüyü bu kompleksin özü böyük və əzəmətli kompleks olsa da, SEPAH Hərbi Dəniz Qüvvələrinin ümumi müdafiə gücü ilə müqayisədə onun kiçik bir hissəsidir.”
O, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüş və müdafiə qabiliyyətinin getdikcə artan hazırlığına toxunaraq əlavə edib: “Bu gəmilərin və onlara yerləşdirilən raket sistemlərinin döyüş gücü bu gün Fars körfəzində, bu mavi suların genişliyində, İslam vətənimizin su sərhədlərinin suverenliyi və müdafiəsi üçün vəzifəsini həyata keçirən çoxsaylı döyüş gəmilərinə əlavədir, həmçinin Fars körfəzi və Hörmüz boğazının ada və sahillərində yerləşən və tapşırıqları yerinə yetirməyə hazır olan gəmilər və raket qurğuları və digər imkanlardan əlavədir.”
Sizin rəyiniz