HƏMAS əsir mübadiləsi ilə bağlı yaydığı bəyanatda vurğulayıb: “Əl-Əqsa Tufanı razılaşması çərçivəsində sionist rejim zindanlarından fələstinli əsirlərin birinci qrupunun azad edilməsi münasibətilə Fələstin xalqını, İslam ümmətini və dünyanın azad insanlarını təbrik edirik.”
Bəyanatda bildirilir: “Əsirlərin qarşılanması zamanı Fələstin xalqının sevinci və qələbə şüarlarının səsləndirilməsi xalqın müqavimətə dəstəyini bir daha vurğulayır, onların vicdanında müqavimətin möhkəm mövqeyini göstərir.”
HƏMAS bəyanatın davamında əlavə edib: “Sionist rejimin repressiv hərəkətlərinə baxmayaraq, azad edilmiş əsirlərin qarşılanmasında insanların kütləvi şəkildə iştirakı sionist rejimə meydan oxumaqdır və onların azadlığa, Fələstinin torpaqlarının və müqəddəs yerlərinin azad edilməsinə susadıqlarını göstərir.”
Bəyanatda qeyd olunur: “Üç sionist qadın əsirin fiziki və ruhi cəhətdən tam sağlam olduqları halda təhvil verilməsi görüntüləri, digər tərəfdən isə sionist rejimin bizim əsirlərimizə qarşı etinasızlığı və təcavüzü müqavimət idealları və əxlaqı ilə işğalçıların qəddarlığı və faşist təbiəti arasındakı böyük fərqi göstərir.”
“Bu tarixi anlarda böyük Qəzzə əhalisinin fədakarlıqlarına və müqavimətinə hörmət əlaməti olaraq ayağa qalxırıq ki, sionist cinayətkarların zindanlarındakı əsirlərini unutmadıqlarını sübut etdilər” - deyə, bəyanatda vurğulanır.
Sizin rəyiniz