Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi Qəzzədə atəşkəslə bağlı bu gün etdiyi çıxışında deyib: “Fələstin xalqının sionist rejimin təcavüzü üzərində qələbəsi böyük və tarixi qələbədir. Başda müqavimət qruplarının mücahidləri və fədakar döyüşçüləri olmaqla, Fələstin xalqının daxildə və xaricdəki bütün insanlarını bu qələbə münasibətilə təbrik edirik.”
“Bu böyük qələbə Qəzzəyə qarşı tam hücuma və ABŞ-ın iştirakı ilə kütləvi təcavüzə, mürəkkəb şəraitə və aclığa baxmayaraq əldə edildi. Qəzzə müqaviməti Şəhid İsmayıl Həniyyə də daxil olmaqla bir sıra liderlərini bu yolda təqdim etdi, lakin müqavimət mübarizlərinin iradəsi qırılmadı” - deyə, hərəkat lideri əlavə edib.
Seyid Əbdülməlik əl-Husi bildirib: Qəzzəyə dəstək cəbhəsi düşməni darmadağın etdi və İran bu qələbənin reallaşmasında mühüm rol oynadı.”
Ənsarullah lideri çıxışının davamında deyib: “Hizbullah düşməni ağır itkilərə məruz qoydu. İraqın dəstək cəbhəsi çox əhəmiyyətli idi və müqavimət qrupları dayanmadan əməliyyatlarını davam etdirdilər.”
Ənsarullah lideri deyib: “İran ağır təzyiqlərə baxmayaraq, dayanmadan dəstəyini davam etdirdi. İran fələstinlilərə görə böyük və dağıdıcı əməliyyatlar və iki dəfə “Doğru Vəd” əməliyyatı həyata keçirdi.”
Sizin rəyiniz