General-mayor Əmir Hatəmi bazar ertəsi 20 yanvar İran İslam Respublikası Ordusu komandanlarının siyasi konfransında deyib: “Dünya regionda baş verən son hadisələrə dərindən nəzər salaraq, Qərb ölkələrinin birbaşa dəstəyi və beynəlxalq təşkilatların ölümcül susqunluğu ilə sionist-Amerika oxunun məkrli planlarının və bədxahlığının dərinliyini dərk etdi.”
Ali Baş Komandanın müşaviri son 15 ayda regionda sürətli və geniş hadisələrin baş verdiyini qeyd edərək deyib: “Əl-Əqsa Tufanı əməliyyatından əvvəl sionist rejim “İbrahim paktı” formasında region ölkələri ilə təhlükəsizlik, hərbi, iqtisadi və siyasi baxımdan münasibətləri normallaşdırmaq prosesində idi, Əl-Əqsa Tufanı əməliyyatı, HƏMAS və Hizbullah döyüşçülərinin cəsur müqaviməti bu prosesi məhv etdi.”
Əmir Hatəmi Qəzzə və Livandakı cinayətlərdən sonra sionist rejimin uğursuzluğunu və siyasi tənəzzülünü izah edərək deyib ki, beynəlxalq miqyasda, avropalıların regionda yeganə demokratik olduğunu iddia etdiyi rejimin, bu gün cinayətkar baş naziri və müharibə naziri Haaqa Beynəlxalq Məhkəməsində insanlığa qarşı cinayətlərə görə mühakimə olundu, bir çox xalqlar və hökumətlər bu məhkəmənin hökmünü icra etməyə hazırdır.
General deyib: “Sionist rejim ordusu həm də HƏMAS və Hizbullah döyüşçüləri qarşısında quru müharibəsində məğlub oldu, nəinki HƏMAS və Hizbullahı məhv edə və girovlarını azad edə bilmədi, üstəlik daha çox itki verməmək üçün geri çəkilməyə və zillətli atəşkəslə razılaşmağa məcbur oldu.”
Sizin rəyiniz