21 yanvar 2025 at 20:32
Jurnalist kodu: 5561
Xəbər kodu: 85726578
T T
0 Persons
Prezident: Əməkdaşlığın davam etdirilməsi və möhkəmlənməsi İran və Azərbaycanı strateji tərəfdaşlar edəcək

Tehran - İRNA - Prezident Azərbaycan Respublikası Baş nazirinin müavini ilə görüşündə İran və Azərbaycan arasında ticarət, enerji və nəqliyyat sahələrində əldə olunan razılaşmalara və həyata keçirilən birgə layihələrə toxunaraq deyib: “Bu əməkdaşlığın davam etdirilməsi və səviyyəsinin gücləndirilməsi İran İslam Respublikası və Azərbaycan Respublikasını bir-biri üçün strateji tərəfdaşa çevirəcək.”

Prezident Məsud Pezeşkiyan bu gün, 21 yanvar çərşənbə axşamı İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə 16-cı Birgə Komissiyada iştirak etmək üçün nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə iki ölkə arasındakı münasibətləri qardaşlıq, dostluq, dini və qohumluq əlaqələrinə əsaslanan münasibətlər kimi qiymətləndirərək deyib: “İran və Azərbaycan ölkələri və xalqları arasında sıx əlaqələr coğrafi sərhədləri aşır və bu əlaqələr həmişə davam edib və edəcəkdir.”

Prezident əlavə edib: “İran İslam Respublikası qonşu və müsəlman ölkələrlə münasibət və qarşılıqlı əlaqələri inkişaf etdirməyi öz gündəmində əsas siyasət kimi qəbul edir. Bu arada Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir və biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirməyə çalışırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .