22 yanvar 2025 at 12:40
Jurnalist kodu: 5564
Xəbər kodu: 85727232
T T
0 Persons
Kövsər peykinin təkmilləşdirilmiş versiyası kosmosa göndəriləcək

Tehran - İRNA - Aerokosmik sahədə fəaliyyət göstərən biliyə əsaslanan şirkətin baş direktoru gələn ilin birinci yarısında Kövsər peykinin "Kövsər 1.5" adlı təkmilləşdirilmiş versiyasının orbitə buraxılacağını bildirib.

Prezident administrasiyasının biliyə əsaslanan texnologiya və iqtisadiyyat işləri üzrə müavini Hüseyn Şəhrabi, inqilab liderinin özəl sektorun nailiyyətləri və imkanları sərgisinə səfəri çərçivəsində, "Kövsər 1.5" adlı Kövsər peykinin qabaqcıl versiyasının gələn ilin birinci yarısında orbitə buraxılacağını bildirdi.

Yerli mütəxəssislərin səylərinin nəticəsi olan "Kövsər 1.5" peyki əslində keçən il noyabrın 5-də orbitə buraxılmış iki peyk - Kövsər və Hudhud-un təkmilləşdirilmiş versiyasıdır. Bu iki peyk uzaqdan zondlama (Kövsər) və Əşyaların İnterneti (Hudhud) missiyaları ilə dəqiq kənd təsərrüfatının inkişafında əsas rol oynayır.

Şəhrabi elan etdi: Bu peyklərin komponentlərinin 85%-dən çoxu lokallaşdırılıb. Bütün hissələri xaricdən gətirilsə belə, bu peyklərin dizaynı və istahsalı yerli mütəxəssislərin bacarıqlı əlləri ilə həyata keçirilib və bu layihə tamamilə yerli hesab olunur.

0 Persons

Sizin rəyiniz

You are replying to: .