22 yanvar 2025 at 16:18
Jurnalist kodu: 5564
Xəbər kodu: 85727526
T T
0 Persons
Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qisas hökmü təsdiqləndi

Tehran - İRNA - Məhkəmə Sisteminin sözçüsü deyib: “Azərbaycan səfirliyinə hücum edən şəxsə verilən qisas hökmü təsdiqlənib.”

Əsğər Cahangir çərşənbə günü 18-ci mətbuat konfransında Azərbaycan səfirliyinə hücumun səbəbkarının işinin son durumu ilə bağlı suala cavab olaraq deyib: “Hökm çıxarıldıqdan sonra iş Ali Məhkəmədə təsdiqlənib və adıçəkilən şəxs qisas cəzasına məhkum edilib. İş, icrası üçün Tehranın Cinayət Cəzalarının İcrası Departamentinə göndərilib. Qan sahibləri müraciət etsələr və qisas tələb olunan kimi növbəti addımlar atılacaq.”

27 yanvar 2023-cü il bir hücumçu  Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə Kalaşnikov silahı ilə hücum etdi və bu, səfirliyin təhlükəsizlik əməkdaşının ölümünə səbəb oldu.

Polisin araşdırması zamanı bildirildi ki, onun bu hücumuna səbəb şəxsi məsələlər və həyat yoldaşının Azərbaycan Respublikasında sığınacaq alması olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .