Məhəmməd Cavad Zərif Dünya İqtisadi Forumunun illik toplantısında deyib: “İran təhlükəsizliyə təhdid deyil. Bəziləri İranı təhlükəsizliyə təhdid kimi təqdim etməyə çalışırlar, Qəzzə də daxil olmaqla günahsız insanlara qarşı hərəkətlərinə haqq qazandırmaq üçün İranofobiya və İslamofobiya kimi vasitələrdən istifadə edirlər. Amma bu iddiaların heç bir real əsası yoxdur.”
O, əlavə edib: “Əgər İran həqiqətən nüvə silahı yaratmaq istəsəydi, bunu çoxdan etmişdi. Nüvə silahları beynəlxalq səviyyədə nəzarət edilən obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır. İranın nüvə bombası yaratmağa sayılı günlər qaldığını iddia edənlər, İranın ən azı 15 il nüvə silahı əldə etməsinə mane olacaq JCPOA-nı niyə alqışlamadılar?”
Zərif deyib: “Dünyanın bütün böyük dövlətləri İraqı dəstəklədiyi halda, İran tətbiq edilən müharibə zamanı müqavimət göstərdi. O zaman İranın nə kifayət qədər silahı, nə də xarici dəstəyi var idi, ancaq ərazi bütövlüyünü qoruya bildi. Bu, son 220 ildə ilk dəfə idi ki, İran müharibədə öz ərazisinin bir qarışını da itirmədi.”
“Biz insanların haqlarını və öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyirik. Amma Fələstin və Livan müqaviməti heç vaxt İranın göstərişləri ilə əməl etməyiblər. Bu qruplar öz məqsədləri üçün mübarizə aparırlar” - deyə, o, bildirib.
Prezidentin köməkçisi çıxışının davamında deyib: “İran hər zaman region ölkələri ilə dialoqa və əməkdaşlığa hazırdır. “Qərbi Asiya Dialoq Assosiasiyası” adlı regional dialoq mexanizminin yaradılması təklifimiz regionun sülh və sabitliyinə sadiqliyimizi göstərir. İran nəinki regionun təhlükəsizliyinə təhdid deyil, həmişə qonşuları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyətə səy edib.”
Sizin rəyiniz