Fərzanə Sadiq çərşənbə günü İran və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının 16-cı iclasının yekununda İRNA-nın iqtisadi sahə üzrə müxbirinə açıqlamasında deyib: “Şübhəsiz ki, Şimal-Cənub dəhlizi ölkənin ən mühüm tranzit dəhlizlərindən biridir. Bu dəhlizdə Rəşt- Astara istiqaməti həlledici rol oynayır.”
“Bugünkü anlaşmada bu da vurğulandı ki, Azərbaycan Respublikası Rusiya və İran arasında olan bir ölkə olaraq üç ölkə arasında yük daşımalarında mühüm rol oynamalıdır” - deyə Yol və Şəhərsalma naziri əlavə edib.
Sadiq vurğulayıb: “Bu məsələdə üç ölkə arasında tam anlaşma var və bu məsələ həm də Şimal-Cənub dəhlizinin tamamlanmasına kömək edəcək.”
Sizin rəyiniz