22 yanvar 2025 at 22:19
Jurnalist kodu: 5564
Xəbər kodu: 85727874
T T
0 Persons
Tehran və Bakı Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində tranzitin inkişafını istəyirlər

Tehran - İRNA - Azərbaycan Respublikası Baş nazirinin müavini deyib: “Bu gün memorandumun imzalanması onu göstərdi ki, iki ölkə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində tranzitin inkişafı ardıncadırlar.”

Şahin Mustafayev çərşənbə günü İranın Yol və Şəhərsalma naziri və Birgə Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiqin iştirakı ilə iki gün ərzində Tehranın evsahibliyi ilə keçirilən İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib: “Sevindirici haldır ki, bu iclasda iki ölkə arzuladıqları bütün sahələrdə müsbət nəticələr əldə etdilər.”

O, əlavə edib: “İran İslam Respublikası və Azərbaycan Respublikası iki ölkə arasında ticarət əlaqələrinin inkişafında çox maraqlıdırlar. Bu gün memorandumun imzalanması onu göstərdi ki, iki ölkə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində tranzitin inkişafı ardıncadırlar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .