23 yanvar 2025 at 09:53
Jurnalist kodu: 5564
Xəbər kodu: 85728077
T T
0 Persons
Əraqçi: İranın qlobal (kütləvi qırğın silahlarının) yayılmama rejiminə sadiqliyi hamıya aydındır

Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri X sosial şəbəkəsində yazıb: İranın qlobal (kütləvi qırğın silahlarının) yayılmaması rejiminə uzunmüddətli sadiqliyi hamıya aydındır və İran 1968-ci ildə NPT müqaviləsini təsisçi üzvlərdən biri kimi imzalayıb.

Seyid Abbas Əraqçi X səhifəsində yazıb: İranlılara “nüvə silahından əl çəkəcəklərini birdəfəlik aydınlaşdırmaq üçün” moizə etmək həyasızlıqdır.

İranın qlobal silahların yayılmaması rejiminə uzunmüddətli sadiqliyi hamıya aydındır.

- İran 1968-ci ildə NPT müqaviləsini təsisçilərdən biri kimi imzalayıb.

- Ali Dini Rəhbər şəriət hökmü verməklə bütün kütləvi qırğın silahlarını haram elan edib.

- 2015-ci ildə İran Agentliyin tarixində ən əhatəli yoxlama rejimini tətbiq edən Birgə Hərtərəfli Fəaliyyət Planını imzaladı və açıq şəkildə bəyan etdi:

“İran bir daha vurğulayır ki, heç vaxt heç bir şəraitdə nüvə silahı axtarmayacaq, istehsal etməyəcək və əldə etməyəcək”. (BHFP, "Giriş və Ümumi Müddəalar" bölməsinin C bəndi)

Bu, ABŞ-ın 2018-ci ildə BHFP sazişindən birtərəfli qaydada çıxmasından sonra da İranın sadiq qaldığı daimi və aydın öhdəlikdir.

Reallıq yoxlanışı: Bölgəmizdəki "ən aktual sual" İsrailin Qəzzada soyqırımı və Fələstin, Suriya və Livan torpaqlarını işğal etməsidir.  Dünya üçün təhlükə yaradan İsrailin əsl nüvə arsenalı və NPT-yə qoşulmaqdan imtina etməsidir. Bu həqiqəti normallaşdırmaq və ya gizlətmək olmaz.

0 Persons

Sizin rəyiniz

You are replying to: .