İRNA-nın Əfqanıstan bölməsinin məlumatına görə, Əfqanıstanın Prezident Sarayı (Ərg) Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Əfqanıstanın müvəqqəti hökumətinin Baş naziri Molla Məhəmməd Həsən Axund arasında bu gün günorta görüşünə dair xəbərdə bu görüşdə qaldırılan ən mühüm məqamlarıdan söz açaraq yazıb: Bu görüşdə Əraqçi İranın Əfqanıstanla tarixi, dini və iqtisadi əlaqələrinə toxunaraq dedi: Biz şadıq ki, dörd onillikdən sonra Əfqanıstanda hərtərəfli təhlükəsizlik bərqərar oldu. Diplomatların yüksək səviyyədə qəbulu və əlaqələrin qorunub saxlanması İranın Əfqanıstan İslam Əmirliyi ilə güclü əlaqələrə malik olduğunu göstərir.
Xarici İşlər naziri İranın heç vaxt Əfqanıstana müdaxilə etmək niyyətində olmadığını vurğulayaraq dedi: Su problemini həll etmək üçün biz İran və Əfqanıstan arasında Helmand çayı sazişinin tam icrasına çağırırıq.
Əraqçi bildirdi: İranın təhlükəsizliyi və sabitliyi Əfqanıstanın təhlükəsizliyi və sabitliyindən asılıdır, Əfqanıstanda baş verən son hadisələr bizi belə qənaətə gətirdi ki, İslam Əmirliyi ilə əməkdaşlıq daha da genişləndirilməlidir.
Sizin rəyiniz