26 yanvar 2025 at 20:05
Jurnalist kodu: 5561
Xəbər kodu: 85731456
T T
0 Persons
Ənsarullah lideri: Amerika və İsrail mallarına qarşı sanksiya mühüm silahdır

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının rəhbəri sionist rejim və Amerika mallarını boykot etməyin mühüm silah olduğuna işarə edərək deyib: “Düşmənlər ölkələrin sərvətlərini talamaq və xalqlardan öz məhsulları üçün bazar kimi istifadə etmək istəyirlər.”

Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi bu gün “Quran şəhidi” kimi tanınan Seyid Hüseyn Bədrəddin əl-Husinin şəhadətinin ildönümü münasibəti ilə vurğulayıb: “Düşmənlər iqtisadi sanksiyalardan ölkələrə qarşı silah kimi istifadə edirlər. Sanksiyalar iqtisadi quruculuğa və yerli istehsala doğru irəliləmək, özünü təmin etməyə çalışmaq üçün mühüm stimuldur.”

Hərəkat lideri deyib: “ABŞ 11 sentyabr hadisəsindən sonra İslam ümmətinə hakim olmaq, ölkələri işğal etmək və bu ümmətin kimliyini məhv etmək məqsədi ilə geniş təcavüzünə bəhanə kimi istifadə etdi. Yəmən də daxil olmaqla rəsmi rejimlər ABŞ-a təslim oldular, “antiterror koalisiyası” adlandırılan koalisiyaya bütün qapıları açdılar. Beləliklə, düşmən Amerika ölkəmizin hər tərəfinə nüfuz edə bildi. Yəmən elitaları və partiyaları da zəif vəziyyətdə idi. Amma Quran şəhidi dini məsuliyyət hissi və təhlükələri həqiqi dərk edərək ayağa qalxdı.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .