27 yanvar 2025 at 11:03
Jurnalist kodu: 5564
Xəbər kodu: 85731905
T T
0 Persons

Tags

Ben Qvir: Fələstinlilərin Qəzzanın şimalına qayıtması HƏMAS-ın qələbəsi və İsrailin tam təslim olmasıdır

Tehran - İRNA - İsrailin baş naziri Benyamin Netanyahu kabinetinin istefa vermiş və radikal naziri bu gün fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtması görüntülərini Həmas hərəkatının qələbəsi və Təl-Əvivin tam təslim olması kimi qiymətləndirib.

Sionist rejimin istefa vermiş daxili təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtmasına münasibət bildirərkən deyib: Fələstinli qaçqınların Qəzza zolağının şimal hissəsinə qayıtması HƏMAS hərəkatının qələbəsinin görüntüsü və qeyri-qanuni razılaşmanın (Qəzzada atəşkəs sazişi) daha bir təhqiredici hissəsidir.


O, vurğuladı: Görünən odur ki, bu məsələ (fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtması) mütləq qələbə (sionist rejimin) deyil, (bu rejimin) tam təslim olmasıdır.
Ben Qvir əlavə edib: Hərbçilərimiz Qəzza zolağında döyüşüb və həlak olublar ki, belə səhnələri görməsinlər, biz döyüşə qayıtmalıyıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .