Cəza Məhkəməsi Netanyahunun cərrahiyyə əməliyyatından sonra sağalma dövrü ilə əlaqədar fiziki vəziyyətini nəzərə alaraq dinləmələrin keçmişə nisbətən daha qısa müddətə keçirilməsinə, görüşlər zamanı daha uzun fasilələr nəzərdə tutulmasına qərar verib. Bu səbəbdən bir iclas əvəzinə çərşənbə axşamı, çərşənbə və cümə axşamı üç iclas keçiriləcək və hər iclas səhər saat 9-dan axşam 14-ə qədər davam edəcək.
Qeyd edək ki, Netanyahunun məhkəmə iclasları təhlükəsizlik baxımından Təl-Əviv məhkəmə binasının zirzəmisində yerləşən təhlükəsiz zalda keçirilir.
İndiyədək Netanyahu altı dəfə məhkəmə qarşısına çıxıb, Bezak- Walla işi kimi tanınan 4000-ci işdə özünü müdafiə edib. O, Bezak telekommunikasiya şirkəti və Walla saytına xüsusi imkanlar təqdim etmək müqabilində özü və həyat yoldaşı üçün əlverişli xəbərlər əldə etməkdə ittiham olunur.
Sizin rəyiniz