HƏMAS hərəkatı bəyanat yayaraq bildirib: Qəzzəli qaçqınların geri qayıdışını göstərən tarixi səhnə və onların şimala doğru izdihamlı yürüşü, indi işğalçı faşist rejimin (İsrail) Qəzza xalqını köçürmək və ya onları nəzarət altına almaq xəyallarını məğlub etdi və bu diyarda müqavimət, əsillik və duruş seçimi məğlubedilməzdir.
HƏMAS əlavə edib: Müharibə tarixində görünməmiş bu hadisə, işğala və İsrail rejiminin ən radikal kabinetinə baxmayaraq, yüz minlərlə köçkünün Qəzza zolağının şimalındakı ərazilərə qayıtması, bizim xalqımızın və onların müqavimətinin gücünün 77 il əvvəl sionist terrorizmi və faşizmin boyunduruğu altında didərgin salındığımız yerdən torpaqlarımızı, müqəddəs yerlərimizi azad etmək və öz böyük arzusunu həyata keçirmək üçün göstərdikləri müqavimətlə öz evlərimizə qayıtmasını göstərdi.
Sizin rəyiniz