General-mayor Məhəmməd Baqiri ölkənin qərb hissəsinin ümumi ərazisində təhlükəsizlik, hücum və səyyar təlimin əsas mərhələsində iştirak edərkən, ölkəmizin hərbi qüvvələrini yeni döyüş elmləri və texnikalarına nail olmasını yüksək qiymətləndirərək deyib: “İran İslam Respublikası ordusu həm hücum, həm də müdafiə bölgələrində yüksək hazırlıq səviyyəsinə malikdir və silahlı qüvvələr düşmənlə qarşılaşmaq üçün kifayət qədər hazırlıqlıdır.”
O, İran silahlı qüvvələrinin təlimlərinin davam etdirilməsinin zəruriliyini xatırladaraq deyib: “Biz elektron müharibə sahələrində düşmənlə qarşılaşmağa tam hazırıq. Hərbi qüvvələr xalqın təhlükəsizliyini və rahatlığını arzu olunan və uyğun şəkildə təmin edəcək.”
“Ordu Quru Qoşunlarının iki mərhələli təlimində Hava Qüvvələri helikopterlərinin hazırlığının ölçülməsi ilə yanaşı, 55-ci Hava Desant Briqadasının paraşütlə atılması, eləcə də kiçik təyyarələrin hücum və müdafiə xarakterli kütləvi uçuş əməliyyatları kimi müxtəlif əməliyyatlar qiymətləndirilib” - deyə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi.
Sizin rəyiniz