Əl-Cəzirə sionist mənbələrə istinadən xəbər verib ki, bu gün sionist rejim həbsxanalarından buraxılması planlaşdırılan fələstinli əsirlərin karvanının hərəkətinin təxirə salınması barədə göstəriş verilib.
Bu gün əsir mübadiləsi əməliyyatının üçüncü mərhələsi çərçivəsində 110 fələstinli əsirin üç sionist əsir müqabilində azadlığa buraxılması nəzərdə tutulmuşdu. Üç sionist əsir cümə axşamı Qəzzə zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil verildi və onlar da öz növbəsində üç əsiri sionist rejimə təhvil verdilər. Bununla belə, sionist mənbələr sonradan bildiriblər ki, üç sionist hərbçinin müqabilində sionist rejim həbsxanalarından azad ediləcək 110 fələstinli əsirin karvanının hərəkəti təxirə salınıb.
Sionist rejimin təhlükəsizlik mənbəsi “Yediot Ahronot” qəzetinə bildirib: “Fələstinli əsirləri daşımalı olan avtobus karvanı öz yerinə qayıtdı.”
Sionist mənbələr həmçinin açıqlayıblar ki, fələstinli əsirlərin azad edilməsi əməliyyatının növbəti xəbərdarlığa qədər təxirə salınması üçün siyasi tapşırıq verilib.
Sizin rəyiniz