Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Dohada HƏMAS-ın Şura Məclisinin (hərəkatın ən ali orqanı) sədri Məhəmməd İsmayıl Dərviş, Şura Məclisinin və hərəkatın siyasi ofisinin bir sıra üzvləri ilə görüşüb və danışıqlar aparıb.
Bu görüşdən əvvəl ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani görüşüb, danışıqlar aparıblar. Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələri, onları dəstəkləmək və təşviq etmək yolları, həmçinin Qəzzə zolağı, Fələstin məsələsi və Suriyadakı hadisələr müzakirə edilib.
Sizin rəyiniz