2 fevral 2025 at 20:54
Jurnalist kodu: 5561
Xəbər kodu: 85738264
T T
0 Persons
Heç bir xarici ölkə İranla Azərbaycan Respublikası arasında münasibətləri poza bilməz

Tehran - İRNA - Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ilə Ali Məqamlı Rəhbərin nümayəndəsi, ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi arasındakı görüşdə heç bir xarici ölkənin İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətləri poza bilməyəcəyi vurğulanıb.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bazar günü səhər saatlarında Ali Məqamlı Rəhbərinin nümayəndəsi, ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb və danışıqlar aparıb.

Ali Məqamlı Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Əhmədiyan bu görüşdə iki ölkə arasında münasibətlərin zəruriliyinə toxunaraq deyib: “Biz Azərbaycanla bir varlıq və iki doğma qardaşıq. Ona görə də dostluğu, qardaşlığı qorumaq və inkişaf etdirmək bizim borcumuzdur. Bizim səyimiz bu münasibətlərə maneələri aradan qaldırmaqdır.”

Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: “Hər iki tərəfin düşmənləri və bədxahları İranla Azərbaycan arasında münasibətlərin dostcasına olmasını istəmirlər, amma iki ölkənin müdrikləri meydana girməli və bu təxribatçı atmosferə nəzarət etməlidirlər.”

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi də Azərbaycanın özünü İranın dostu və qardaşı hesab etdiyini bəyan edərək deyib: “İki ölkə arasında əlaqələr inkişaf edir. Xüsusən də Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə İlham Əliyevin görüşündən sonra Azərbaycandan İrana çoxsaylı rəsmilər səfər edib.” 

Hikmət Hacıyev sonra İran İslam Respublikası ilə əlaqələrin inkişafına sadiq olduqlarını vurğulayaraq deyib: “Heç bir xarici ölkə bu münasibətləri poza bilməz.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .