3 fevral 2025 at 09:58
Jurnalist kodu: 5564
Xəbər kodu: 85738562
T T
0 Persons
Sionist rejimin Ceninə dağıdıcı hücumlarının 14-cü günü - İşğalçılara qarşı müqavimətin ağır döyüşü

Tehran - İRNA - İsrail hərbçiləri ardıcıl 14-cü gündür ki, Cenində hücumlarını davam etdirir və müqavimət döyüşçüləri də onlarla vuruşurlar.

İRNA-nın bazar ertəsi Əl-Ərəbi əl-Cədidə ğistinadla verdiyi xəbərə görə, işğalçı İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri və düşərgəsinə qarşı hücumlarını 14-cü gündür ki, davam etdirir.

Keçən ay hücum başlayandan bəri Cenin vilayətində 26 fələstinli şəhid olub.

Həmçinin, işğalçı qüvvələr Tulkərmə və buradakı düşərgəyə hücumlarını ardıcıl səkkizinci gündür ki, davam etdirir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .