3 fevral 2025 at 15:50
Jurnalist kodu: 5564
Xəbər kodu: 85739096
T T
0 Persons
Arif: Dünyanın əksər ölkələri ilə milli maraqlar və prioritetlər çərçivəsində əlaqələrimiz var

Tehran - İRNA - Birinci vitse-prezident İran sivilizasiyası sferasında olan ölkələri və Afrika qitəsindəki ölkələri bu ölkənin xarici siyasətinin prioritetləri hesab edərək deyib: “Bu, təkcə 14-cü hökumətin deyil, sistemin fikridir. Biz bu sahədə ciddiliklə və "Afrika Qərargahı"nın mərkəz rol ifa etməsi ilə fəaliyyət göstərəcəyik.”

Məhəmmədrza Arif 3 fevral bazar ertəsi səhər saatlarında keçirilən "Afrika Qərargahı"nın ilk iclasında İslam İnqilabı baxışında Afrika ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: “İslam İnqilabının Ali Rəhbəri və İslam quruluşu ilə eyni baxışda olan 14-cü hökumətin prizmasından İranın sivilizasiya dairəsində olan ölkələrlə, eləcə də Afrika ölkələri ilə əlaqələr bizim üçün dəyər baxımından önəmlidir. İnqilabımızın şüarı dəyərlərə, mədəniyyətə arxalanmaq, sərhədlərlə məhdudlaşmamaq idi. Bu, İmam Xomeyninin (Allah ona rəhmət etsin) yanaşması və strategiyasıdır və biz də bu istiqamətdə hərəkət edirik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .