Məsud Pezeşkiyan çərşənbə günü günortadan sonra OPEC-in baş katibi Heysəm əl-Qeyz ilə görüşüb, onu yenidən baş katib seçilməsi münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayaraq deyib: “Biz ölkə daxilində harmoniya, birlik və vəhdəti gücləndirməyə çalışdığımız kimi, qonşularımız və İslam ölkələri arasında da qardaşlığı gücləndirməyə çalışırıq. Biz OPEC üzvləri arasında ortaq dil, baxış və siyasətin əldə olunmasını çox vacib hesab edirik.”
“Təcrübə və nailiyyətlərin ötürülməsi, eləcə də bazarın kollektiv idarə edilməsi OPEK üzvləri arasında əməkdaşlığın ciddi sahələridir. Üzvlər elə hərəkət etməlidirlər ki, onların hərəkətləri digər üzvə zərər verməsin. İnanıram ki, OPEK üzvləri birlik nümayiş etdirsələr, ABŞ üzvlərdən heç birinə sanksiya tətbiq edə və təzyiq göstərə bilməz” - deyə, Prezident bildirib.
Görüşdə OPEK-in baş katibi də İran İslam Respublikasının bu təşkilatdakı konstruktiv rolunu yüksək qiymətləndirərək deyib: “İran OPEK-in qurucu üzvlərindən biri kimi təşkilatda həmişə müsbət rol oynayıb. Baş katib olduğum müddətdə mən də çalışmışam ki, OPEK bazar sabitliyi və davamlılığı çərçivəsində bütün üzvlərin maraqlarını təmin etmək istiqamətində hərəkət etsin.”
Sizin rəyiniz