6 fevral 2025 at 13:41
Jurnalist kodu: 5564
Xəbər kodu: 85742480
T T
0 Persons
Ordu HHQ-nin komandanı: Dron texnologiyası ilə özümüzü təmin edirik - Sanksiya bizi möhkəmləndirdi

Tehran - İRNA - İran İslam Respublikası Ordusu Hərbi Hava Qüvvələrinin komandanı bu qüvvələrin orduda pilotsuz təyyarələrin mərkəzinə çevrildiyini bildirərək deyib: “Qürurla bildiririk ki, Hərbi Hava Qüvvələri bu texnologiyada yüz faiz özünü təmin etməyə nail olub.”

General-mayor Həmid Vahidi, cümə axşamı (6 fevral) İnqilabın qələbəsinin 46-cı ildönümündə İslam İnqilabının qurucusu ilə əhd-peymanı təzələməklə bağlı mərasimin çərçivəsində deyib: “19 Bəhmən Hərbi Hava Qüvvələrinin əməkdaşlarının Əli məktəbində İmam Xomeyni (r) ilə beyət etdiyi gün idi. Ölkəmizin əziz insanların əksəriyyətinin fikrincə, bu, İslam İnqilabının qələbəsində dönüş nöqtəsi oldu.”

“Zalım rejimin heç vaxt düşünmədiyi halda Hərbi Hava Qüvvələrinin əməkdaşlarının inqilaba qoşulması inqilabın qələbəsini sürətləndirdi. Biz bu günü uca tuturuq və bu gün Allaha bağlı Hava Qüvvələri Günü adlandı” - deyə, komandan əlavə edib.

General-mayor Vahidi Hərbi Hava Qüvvələrinin tamamilə yerli avadanlıqlardan istifadə etdiyini vurğulayaraq bildirib: “Çox yaxşı nailiyyətlərimiz olmuşdur, onlardan biri də pilotsuz uçuş aparatları sahəsindədir. İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin mərkəzinə çevrilib.”

General-mayor Həmid Vahidi deyib: “Biz Hərbi Hava Qüvvələrində uzun mənzilli strateji pilotsuz uçan aparatı dizayn etdik, qurduq və sınaqdan keçirdik. Bu, böyük uğurlardan biridir. Bu dron bizim döyüş qabiliyyətimizi xeyli artırır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .