8 fevral 2025 at 17:11
Jurnalist kodu: 5561
Xəbər kodu: 85744618
T T
0 Persons

Onlarla fələstinli əsir Ramallaha gəlir

8 fevral 2025 at 17:11
Xəbər kodu: 85744618
Onlarla fələstinli əsir Ramallaha gəlir

Tehran - İRNA - Fələstin media mənbələri HƏMAS ilə sionist rejim arasında əsir mübadiləsi razılaşmasının davamı olaraq onlarla fələstinli əsirin azad edildiyini açıqlayıb.

“Shehab” xəbər agentliyi fələstinli məhbusların sərbəst buraxıldıqdan sonra Ramallaha daxil olduqlarını bildirib.

Bu xəbərə görə, fələstinli əsirlər Ramallaha daxil olduqdan sonra Fələstin xalqı tərəfindən geniş qarşılanıb.

Bununla bağlı media mənbələri məlumat yayıb ki, azadlığa buraxılan bir sıra əsirlər azadlığa çıxmazdan əvvəl işgəncələr nəticəsində aldığı xəsarətlər və fiziki vəziyyətlərinin pis olması səbəbindən xəstəxanaya aparılıb.

Bir neçə əsirin da Qəzzə zolağına köçürülməsi planlaşdırılır.

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları bu gün günortadan sonra üç sionist əsiri azad edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .