Fələstin Müqaviməti Hərəkatının (HƏMAS) Rəhbərlik Şurasının sədri və üzvləri 9 fevral bazar günü Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb.
Görüşdə Ali Milli Təhlükəsizlik Şurasının katibi müqaviməti qələbə münasibətilə təbrik edərək deyib: “Biz Qəzzə hadisələrində İsrailin məhvə məhkum olduğunu öz gözlərimizlə gördük. 470 günlük müqavimətdən sonra məlum oldu ki, bu məqsədə çatmaq olar.”
Əhmədiyan Qəzzə müqavimətinin beynəlxalq nailiyyətlərinə toxunaraq deyib: “Fələstini dəstəkləməsi heç vaxt təsəvvür olunmayan insanlar Qəzzə müqavimətinin tərəfdarı oldular. Bu gün biz görürük ki, bütün dünya, hətta Avropa və Qərb rəsmiləri də Fələstin xalqının hüquqlarını təsdiqləyir. Halbuki, Əl-Əqsa Tufanı əməliyyatından əvvəl belə bir vəziyyət yox idi. Bu nailiyyət qanın qılınc üzərində qələbəsinin bəhrəsidir.”
Ali Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Qəzzə xalqının müqavimətinin ölçülərini açıqlayaraq vurğulayıb: “Qəzzəlilər nümunəvi müqavimətləri ilə həm özləri, həm də gələcək nəsillər üçün nümunə oldular. Biz də Qəzzə xalqına dəstək olmaq, onların uğurlarını, Fələstin və Livandakı müqaviməti davam etdirmək üçün üzərimizə düşən işi etməyə davam edəcəyik.”
Sizin rəyiniz