10 fevral 2025 at 17:58
Jurnalist kodu: 5564
Xəbər kodu: 85747114
T T
0 Persons

Tags

Malayziya İranın Qəzzə ilə bağlı İƏT nazirlərinin fövqəladə iclasının keçirilməsi təklifini alqışlayır

Tehran - İRNA - Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsən ölkəmizin Xarici İşlər naziri ilə telefon danışığında deyib: “Qəzzə əhalisinin məcburi köçürülməsi etnik təmizləmədir və tamamilə qəbuledilməzdir.”

İran İslam Respublikasının Qəzzədə baş verən hadisələr, xüsusilə də Fələstin xalqının başqa ölkələrə köçürülməsi sui-qəsdinin qarşısının alınması ilə bağlı digər ölkələr və beynəlxalq təşkilatlarla müzakirələrin davamında Xarici İşlər naziri Seyid Abbas Əraqçi bazar ertəsi, fevralın 10-da Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsənlə telefonla danışıb.

Ölkəmizin Xarici İşlər naziri Malayziyanın xüsusilə sionist rejimin törətdiyi 16 aylıq soyqırım cinayəti zamanı müqavimətli Fələstin xalqına verdiyi dəstəyi yüksək qiymətləndirib, fələstinlilərin Qəzzədən zorla köçürülməsi planını “Fələstini məhv etmək” üçün müstəmləkə planının bir hissəsi adlandırıb, bunu pisləməklə yanaşı, böyük və nüfuzlu İslam ölkələrini bu təhlükəli sui-qəsdə qarşı qəti və tutarlı mövqe nümayiş etdirməyə çağırıb.

Malayziyanın Xarici İşlər naziri də ölkəsinin Qəzzədən insanların köçürülməsi planını pisləməklə bağlı mövqeyinə toxunaraq bildirib: “Qəzzə əhalisinin məcburi köçürülməsi etnik təmizləmədir və tamamilə qəbuledilməzdir.”

Məhəmməd Həsən İranın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin növbədənkənar iclasının keçirilməsi təklifini də alqışlayıb, bu görüşdə fəal iştirak edəcəyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .