11 fevral 2025 at 14:02
Jurnalist kodu: 5564
Xəbər kodu: 85747889
T T
0 Persons
Azərbaycan Prezidenti İslam İnqilabının Qələbəsinin ildönümü münasibətilə təbrik edib

Tehran - İRNA - İlham Əliyev iranlı həmkarına ünvanladığı məktubda onu İslam İnqilabının Qələbəsinin ildönümü münasibətilə təbrik edib.

İRNA-nın “Azərtac” dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu təbrik məktubunda yazılıb: “Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.”

İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və energetika sahələrində “məhsuldar əməkdaşlığa” toxunan Əliyev yazıb: “Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.”

Azərbaycan Respublikası Prezidenti məktubunda vurğulayıb: “İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir.”

Əliyev Məsud Pezeşkiyana cansağlığı, xoşbəxtlik və uğurlar, dost və qardaş İran xalqına davamlı əmin-amanlıq və firavanlıq arzulayıb.

Sizin rəyiniz

You are replying to: .