11 fevral 2025 at 21:25
Jurnalist kodu: 5561
Xəbər kodu: 85748351
T T
0 Persons
İranın Yol və Şəhərsalma nazirinin tacikistanlı həmkarı ilə görüşündə nəqliyyat əməkdaşlığının inkişafı əsas mövzu olub

London - İRNA - İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiq Malvacerd bu gün (11 fevral çərşənbə axşamı) Cenevrədə BMT-nin Quru Nəqliyyatı Komitəsinin iclası çərçivəsində Tacikistanın Nəqliyyat naziri ilə görüşüb və tərəflər nəqliyyat və ticarət əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə tərəflər əvvəlki razılaşmaların icrası prosesini nəzərdən keçiriblər. Tacikistanın nəqliyyat naziri ölkənin Çabahar limanına sərmayə qoyuluşunda yenidən marağını ifadə edib, Çabahar-Zahidan dəmir yolu layihəsinin tamamlanmasının sürətləndirilməsinə ümid etdiyini bildirib.

Görüşdə həmçinin avtomobil nəqliyyatı sürücüləri üçün viza məsələsi də müzakirə edilib, İranın Yol və Şəhərsalma naziri viza verilməsinin asanlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Tacikistan tərəfi bu məsələni alqışlamaqla yanaşı, mövcud maneələrin aradan qaldırılması üçün əməkdaşlıq və bunun izlənilməsini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .