11 fevral 2025 at 23:28
Jurnalist kodu: 5561
Xəbər kodu: 85748365
T T
0 Persons
Yəmən Ənsarullah lideri Amerika və İsrailə xəbərdarlıq edib: Əlimiz tətikdədir

Yəmən Ənsarullah Hərəkatının lideri Trampa xitabən: “Ey axmaq! Elə bilirsən, bombardmanlara müqavimət göstərən Qəzzə xalqı vətənini sənə satmacaq?”

Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husinin Amerika dəniz piyadaları və diplomatlarının Yəmənin paytaxtı Sənadan alçaldıcı şəkildə qaçmasının ildönümü ilə bağlı çıxışının ən mühüm məqamları bunlardır:

- Amerika başqa ölkələrə göz dikib və ilk mərhələdə onu ələ keçirməyə, həmişə bütün ölkələrin resurslarının və maraqlarının ən böyük payına sahib olmağa çalışır.

- Trampın sözlərinə qulaq asanda Amerikanın hərisliyinin şahidi oluruq. O, hətta qeyri-müsəlman ölkələrinə qarşı da Amerikanın hərisliyini açıqlayır.

- Amerikalılar xalqı bir pors yemək kimi qəbul edir və inanırlar ki, bu xalq arasında çoxlu sərvət sahibi olan hər kəs südverən inəkdir.

- Amerikalılar xalqları talamaqda və bu talana saxta adlar verməkdə çox bacarıqlıdırlar. Tramp açıq danışır və Amerikanın real məqsədlərini ört-basdır edən bu saxta başlıqlardan istifadə etmir. Fərq ondadır ki, Tramp açıq danışır, əks halda reallıq Amerikanın bütün mərhələlərdə hərisliyini sübut edir.

- Amerikalılarla dostluq etmək və onlara xoş görünmək onları başqalarına müsbət və hörmətlə baxmağa vadar etmir, əslində, onlara xeyirxahlıq və dostluq göstərən hər kəsə daha çox nifrətlə baxırlar.

- Bəzi Ərəb başçıları Amerika ilə qarşılıqlı əlaqə qurdular. Onlardan qurtulmaq Amerikanın marağında olanda, bunu çox asanlıqla etdilər. Amerikalılar onların yanında olanlara arxa çevirirlər və bunun sübutları çoxdur. Amerika hər hansı bir ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etmək üçün aqressiv qərar qəbul etdikdə, təəssüf ki, ərəblərin Qurana bağlılıqlarından daha çox Amerikanın bu yanaşmasına əməl etdiklərini görürük.

- Ərəb və İslam dünyasının Əl-Əqsa Tufanı döyüşü qarşısında mövqeyi ondan ibarət idi ki, ya ona qarşı sövdələşdilər, ya da müqavimətə xəyanət etdilər.

- Ərəb rejimləri yalnız bəyanatlar verirlər və əməli mövqe tutmağa iradələri yoxdur. Normallaşmaya cəhd edən xain rejimlər bu normallaşmadan geri çəkilmədilər. Bu onların sövdələşmə mövqeyində olduğunu göstərir.

- Hətta heyvanlar da düşmənlərini və dostlarını tanıyır, amma bəzi ərəblər İranı düşmən, İsraili isə dost hesab edirlər.

- Əlimiz tətikdədir və sionist rejim Qəzzəyə qarşı hər hansı bir hərəkət etsə, dərhal gərginliyin artmasına doğru hərəkət edəcəyik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .