Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadalarının sözçüsü Əbu Həmzə deyib: “Əl-Əqsa Tufanı əməliyyatının başlamasından indiyədək baş verən ardıcıl hadisələr onu göstərir ki, əsirlərin geri qaytarılması və sabitliyin bərqərar olması üçün yeganə yol əsir mübadiləsi razılaşmasının həyata keçirilməsidir.”
“Bu, Fələstin müqaviməti öz vəzifəsini bacardığı qədər yerinə yetirdiyi, digər tərəfdən isə düşmən öz əsirlərini təhlükəli və qeyri-müəyyən şəraitdə qoyduğu bir haldadır” - deyə, o, əlavə edib.
Əbu Həmzə işğalçı rejimin Fələstin xalqı qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi və atəşkəs razılaşmasının davamlı şəkildə pozulmasının nəticələrinə görə məsuliyyət daşıdığını bəyan edərək deyib: “Müqavimətin baxışında israilli hərbi əsirlərin taleyi birbaşa Netanyahunun hərəkətləri ilə bağlıdır.”
Sizin rəyiniz