HƏMAS bəyanat yayaraq bildirib ki, HƏMAS-ın Qəzzə üzrə hərəkatının rəhbəri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti xüsusilə sionist rejimin ardıcıl pozuntularından sonra atəşkəs razılaşmasının icrası və əsirlərin mübadiləsini nəzərdən keçirmək üçün vasitəçi qardaşlarla danışıqlar aparıb.
Bəyanatda əlavə olunur: “HƏMAS-ın nümayəndə heyəti Misir və Qətərdəki danışıqlara cavabdeh olan şəxslərlə, həmçinin razılaşmanın tam şəkildə həyata keçirilməsini təqib edən vasitəçi qardaşların texniki qrupları ilə görüşlər keçirib və təmaslar saxlayıb.”
“Bu görüşlərdə və müzakirələrdə sazişin bütün müddəalarının, xüsusilə də insanların sığınacaqla təmin olunması, yığma evlərin, çadırların, ağır texnikanın, tibbi ləvazimatların, yanacağın dərhal çatdırılması, humanitar yardımların davamlı şəkildə çatdırılması və sazişdə nəzərdə tutulan bütün məsələlərə əməl olunması diqqət mərkəzində olub”, bəyanatda qeyd olunur.
HƏMAS danışıqların müsbət atmosferdə keçdiyini, Misir və Qətərdəki vasitəçi qardaşların maneələri aradan qaldırmaq və məsafələri yaxınlaşdırmaq üçün bütün bu məsələləri izləyəcəklərini vurğuladıqlarını bəyan edib.
HƏMAS sonda bildirib: “Müvafiq olaraq, HƏMAS müqavilənin imzalananlara uyğun həyata keçirilməsi, o cümlədən müəyyən edilmiş cədvələ uyğun olaraq əsirlərin mübadiləsi ilə bağlı mövqeyini bir daha vurğulayır.”
Sizin rəyiniz