15 fevral 2025 at 09:52
Jurnalist kodu: 5564
Xəbər kodu: 85751278
T T
0 Persons

Tags

Bəqayi Amerika hökumətinin mühacirlərə və bəzi İran vətəndaşlarına qarşı uyğunsuz davranışını pisləyib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hökumətinin mühacirlərə, o cümlədən bəzi İran vətəndaşlarına qarşı yersiz və alçaldıcı davranışını əsassız və insan haqları standartlarına zidd olduğunu vurğulayaraq pisləyib.

İsmayıl Bəqayi 15 fevral 2025-ci il, şənbə günü mühacirlərlə rəftarla bağlı beynəlxalq normalara riayət edilməsinin vacibliyinə toxunaraq, İran vətəndaşlarına qarşı sərt və qeyri-insani rəftarı qəbuledilməz hesab edib və vurğulayıb ki, Xarici İşlər Nazirliyi öz qanuni vəzifələrinə əsaslanaraq, İranın milli hüquqlarını qorumaq üçün lazımi səyləri əsirgəməmişdir. Müvafiq olaraq, Amerikadan çıxarılan həmvətənlərə hər hansı yardım üçün Vaşinqtondakı İranın Maraqların Müdafiəsi İdarəsinə və İranın Cənubi Amerikadakı digər diplomatik və konsulluq nümayəndəliklərinə müvafiq göstərişlər göndərilib.

O əlavə edib: İran bütün iranlıların vətənidir və soydaşlarımız sərbəst şəkildə öz vətənlərinə qayıdıb səyahət edə bilərlər.

Bəqayi deyib: Xarici İşlər Nazirliyi bu məsələni asanlaşdırmağa və bununla bağlı hər hansı problemin həllinə kömək etməyə hazırdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .