Əsir mübadiləsi zamanı üç israilli əsirin azad edilməsi ilə eyni vaxtda HƏMAS-ın yaydığı bəyanatında qeyd olunur: “Düşmən əsirlərinin təhvil verilməsi mərasimində Qüds və Məscidül-Əqsanın simvolik təsvirinin mövcudluğu və insanların geniş şəkildə iştirak etməsi işğalçılara və onların havadarlarına Qüds və Əl-Əqsanın qırmızı xətlər olması ilə bağlı yeni mesajdır.”
“Düşmən əsirlərinin altıncı qrupunun azad edilməsi, onların azad edilməsinin danışıqlardan və atəşkəs sazişinin öhdəliklərinə riayət edilməsindən başqa heç bir yolunun olmadığının təsdiqidir. Xalqımız, İslam ümməti və dünyanın hər yerindən azad insanlar müqavimətin şərəfli bir mübadilə razılaşması həyata keçirməklə göstərdiyi qüdrət, ləyaqət və qürur səhnələrinin şahidi olurlar. Bu razılaşma xalqımızın həmrəyliyinin, müqavimətimizin təzahürüdür” - deyə, bəyanatda əlavə olunur.
HƏMAS bəyanatın sonunda işğalçılara qarşı mübarizəni davam etdirməyə sadiq qaldığını vurğulayaraq bildirib: “Biz bütün dünyaya elan edirik ki, mühaciət yalnız Qüdsə doğrudur. Bu, bizim bütün Tramp və onun tərəfdarlarının müstəmləkəçi və işğalçı qüvvələrin fələstinliləri zorla köçürmək və məhv etmək çağırışlarına cavabımızdır.”
Sizin rəyiniz