Məhəmmədrza Arif 17 fevral bazar ertəsi Tacikistanın Baş naziri Qahir Rəsulzadə ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında siyasi əlaqələrin mümkün olan ən yaxşı vəziyyətdə olduğunu bəyan edərək deyib: “Doktor Pezeşkiyanın ötən ay Tacikistana yaddaqalan, tacik xalqı və hökumətinin yüksək qonaqpərvərliyi ilə müşayiət olunan səfəri zamanı iki ölkə liderləri arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün strateji sazişlər təsdiqləndi və imzalandı. Bu gün həmin səfərin davamı olaraq əməkdaşlıq strategiyaları, əməliyyat və icra məsələləri müzakirə edildi və fikir mübadiləsi aparıldı.”
Birinci vitse-prezident Tacikistan Baş nazirinin səfərinin məqsədlərini izah edərək deyib: “Bu səfər zamanı ikitərəfli görüşdən əlavə, Tacikistan nümayəndə heyəti ertəsi gün keçiriləcək Xəzər Dənizi Hövzəsi Sammitinə xüsusi qonaq qismində dəvət olunub.”
İran və Tacikistan iqtisadiyyatlarının bir-birini təkmilləşdirə və bir-birinin ehtiyaclarını təmin edə biləcəyini diqqətə çatdıran Arif, iki ölkənin özəl sektorlarının varlığının və iştirakının zəruriliyini qeyd edərək deyib ki, biz İran və Tacikistanda özəl sektoru aktivləşdirməyə çalışmalıyıq. Hökumətlər bu məsələdə isləri asanlaşdırmağa səy etməlidirlər, həmçinin vizaların ləğvindən sonra İran və Tacikistan arasında ümumi camaatın və iqtisadi fəalların gediş-gəlişi asanlaşdırılıb.
Sizin rəyiniz