Əl-Ərəbi kanalı İsrail Radio və Televiziya Təşkilatına istinadən əlavə edib ki, bu rejimin ordusu əvvəllər elan etdiyi beş bölgə istisna olmaqla, Livanın cənubundan geri çəkilib.
Bu çərçivədə sionist rejimin 24-cü kanalı da iddia edib ki, bu rejim ordusu Mis əl-Cəbəl şəhərini Hizbullah qüvvələrindən təmizlədikdən və onların silahlarını məhv etdikdən sonra bu şəhəri Livan ordusuna təslim edib və geri çəkilib.
Bu sionist kanalının məlumatına görə, Livan ordusu bir neçə dəqiqə əvvəl bu ölkənin cənubundakı Mis əl-Cəbəl şəhərinə daxil olub.
Bazar ertəsi səhər saatlarında İsrail ordusu hərbçilərinin Livanın cənubundakı beş məntəqədə qalacağını açıqlamışdı. İşğalçı İsrail rejimi bu qərarının səbəbini Litani çayının cənubunda Hizbullahın hər hansı fəaliyyətini izləmək üçün göstərib.
Sionist rejimin bu bəyanatı Livan parlamentinin sədri Nəbih Berrinin mətbuata verdiyi müsahibədə vurğuladığı zaman verilib: Amerikalılar mənə məlumat verdilər ki, sionist rejim fevralın 18-də beş bölgə istisna olmaqla, hələ də işğal etdiyi kəndlərdən geri çəkiləcək. Mən öz adımdan, prezident Cozef Aun və Livanın baş naziri hakim Nəvaf Səlam adından onlara ölkəmizin bu məsələyə qəti etirazını bildirdim.
Sizin rəyiniz