18 fevral 2025 at 20:54
Jurnalist kodu: 5564
Xəbər kodu: 85755330
T T
0 Persons
Qalibaf: Parlament beynəlxalq və regional əlaqələri inkişaf etdirmək məqsədini izləyir

Tehran - İRNA - İslami Şura Məclisinin sədri deyib: “Parlament fəal parlament diplomatiyasının imkanlarından istifadə etməklə beynəlxalq və regional əlaqələrin inkişaf etdirilməsi məqsədlərinə nail olmağa çalışır.”

Parlamentin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı, axşam saatlarında Azərbaycana yola düşməzdən əvvəl deyib: “Sabah Bakıda Asiya Parlamentləri Assambleyasının 15-ci iclası işə başlayır. İran İslam Respublikası və İslami Şura Məclisi bu assambleyanın nüfuzlu qurucu üzvlərindən biridir.”

“Bu iclasda Asiya ölkələrindən 30-dan çox nümayəndə heyəti iştirak edir ki, bu da ikitərəfli münasibətlərin inkişafı üçün çox yaxşı imkan yaradır” - deyə, o, qeyd edib.

İslami Şura Məclisinin sədri sonra deyib: “Bakı Azərbaycanın paytaxtı kimi İranla çoxlu tarixi və çoxşaxəli əlaqələrə malikdir. Səfər çərçivəsində bizim bu ölkənin yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident və Parlamentin sədri ilə ikitərəfli görüşlərimiz olacaq, bu da siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün əlverişlidir.”

Qalibaf deyib: “Ümidvaram ki, biz bu fürsətdən istifadə edərək Ali Məqamlı Rəhbərin parlamentin beynəlxalq və regional əlaqələrin inkişafında fəal olması ilə bağlı tövsiyəsini yerinə yetirə bilək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .