19 fevral 2025 at 14:16
Jurnalist kodu: 5564
Xəbər kodu: 85756099
T T
0 Persons
Xəzər Konfransında iştirak edən rəsmilər İranla ticarət mübadiləsinin təşviq edilməsinin vacibliyini vurğulayırlar

Tehran - İRNA - Birinci vitse-prezident Xəzər İqtisadi Konfransında iştirak edən təmsilçilərlə qeyri-rəsmi görüşlərinə toxunaraq yazıb: “Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tacikistan baş nazirləri və Rusiya Baş nazirinin müavini İranla ticarət mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğuladılar.”

Məhəmmədrza Arif bu gün, çərşənbə, 19 fevral, Instagram sosial şəbəkəsində paylaşdığı mesajda Sədabadda Xəzər dənizi İqtisadi Konfransında iştirak edən ölkələrin yüksək səviyyəli təmsilçiləri ilə qeyri-rəsmi görüşlərinə toxunaraq yazıb: “Xəzər Dəniz İqtisadi Forumu forumda iştirak edən rəsmilərlə qeyri-rəsmi danışıqlar üçün yaxşı fürsət oldu.”

Birinci vitse-prezident əlavə edib: “Forum rəsmi başlamazdan əvvəl Sədabadın ənənəvi çayxanasında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tacikistan baş nazirləri və Rusiya Baş nazirinin müavini ilə söhbət etdim. Onlar İranla ticarət mübadiləsinin səviyyəsinin yaxşılaşdırılmasının vacibliyini vurğuladılar. Onlar ziyarət etdikləri “İran Elm və Texnoloji Nailiyyətləri” sərgisindən də danışdılar.

Ölkəmizin elmi-texniki tərəqqiləri onlar üçün maraqlı olub.”

Arif daha sonra yazıb: “Bu forumun mübarək Ramazan ayı ərəfəsində keçirilməsi həm də bu qısa görüş zamanı ölkələrin gənc nəsillərinin dini inanclarını müzakirə etmək üçün fürsət oldu. İran çayının içilməsi də bu qeyri-rəsmi görüşün ab-havasını qonaqlar üçün xoş etmişdi.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .