19 fevral 2025 at 20:13
Jurnalist kodu: 5564
Xəbər kodu: 85756495
T T
0 Persons
Bütün dünya xalqları məzlum Fələstin xalqını müdafiə etmək üçün səy göstərməlidir

Tehran - İRNA - Prezident Qətər Əmiri ilə birgə mətbuat konfransında deyib: “Dost və qardaş ölkə Qətər İran İslam Respublikasının xarici siyasətində xüsusi yer tutur.”

Məsud Pezeşkiyan bu gün, çərşənbə, 19 fevralda Qətər Əmiri Təmim bin Həməd bin Xəlifə Ali-Sani ilə birgə mətbuat konfransında deyib: “İki ölkə rəsmiləri arasında davamlı görüşlər güclü tarixi, iqtisadi və mədəni əlaqələri, regional və beynəlxalq məsələlərə dair yaxın baxışları əks etdirir.”

Prezident vurğulayıb: “Region və qonşu ölkələrlə iqtisadi, siyasi, mədəni, hərbi və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi və inkişafı İran İslam Respublikasının əsas siyasətidir. Bu baxımdan dost və qardaş Qətər hökuməti xüsusi əhəmiyyət kəsb edir.”

“Bu səfər zamanı mən qardaşım Qətər Əmiri ilə ümumi maraqları təmin etmək üçün ikitərəfli məsələləri müzakirə etdim və əlaqələri inkişaf etdirmək və dərinləşdirmək, əməkdaşlığın yeni yollarını açmaq üçün yaxşı qərarlar qəbul etdik” - deyə, doktor Pezeşkiyan əlavə edib.

Prezident deyib: “İran İslam Respublikası hesab edir ki, region ölkələri mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv qarşılıqlı fəaliyyət siyasəti əsasında regionda sabitlik və təhlükəsizliyi qorumaq üçün addımlar ata və birgə əməkdaşlığa yol aça bilər.”

Prezident sonra deyib: “Bu görüşdə biz Suriya dövlətinin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanmasını və bu ölkənin bütün xalqının öz müqəddəratını təyin etməsində iştirakını vurğuladıq. Qətərdə atəşkəsin əldə edilməsi və məzlum fələstinli əsirlərin azad edilməsi üçün Qətərin vasitəçilik səylərini təqdir etməyi zəruri hesab edirəm.”

Doktor Pezeşkiyan qeyd edib ki, Qətər Əmiri ilə görüşümüzdə İslam ölkələrinin Qəzzə xalqının iztirablarını azaltmaq və onlara qarşı cinayətləri dayandırmaq, həmçinin sionist rejimin cinayətkar əməllərini təqib etmək üçün daha ardıcıl tədbirlər görmələrinin vacibliyini vurğuladıq. İnanırıq ki, bölgədə və dünyada ilahi və bəşəri dəyərlərə əsaslanan bütün millətlər və hökumətlər Qəzzə başda olmaqla məzlum Fələstin xalqının tarixi vətənlərində təhlükəsiz həyat sürmələrini müdafiə etmək üçün bütün səyini göstərməlidir.

Qətər Əmiri də bu birgə mətbuat konfransında İrana səfərindən məmnunluğunu ifadə edərək deyib: “Bu səfər regionumuzun inkişaf və çağırışlarla üzləşdiyi bir şəraitdə həyata keçirildi və bizim bunlarla bağlı koordinasiyaya və məsləhətləşməyə ehtiyacımız var.”

Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani əlavə edib: “İran İslam Respublikası Prezidentinin bu yaxınlarda Qətərə səfəri bizim aramızda olan qardaşlıq və tarixi əlaqələri genişləndirmək üçün çox mühüm və yaxşı fürsət oldu. Bu əlaqələr iki ölkə arasında mehriban qonşuluğa əsaslanır. Əminik ki, belə səfərlərin davam etdirilməsi bu əlaqələrin daha da genişlənməsinə kömək edə bilər.”

“Biz həmçinin iki ölkə arasında bu yaxınlarda başa çatmış Birgə İqtisadi Komissiyanın iclaslarının nəticələrinin izlənməsinin və iki ölkə arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini vurğuladıq. Belə ki, bu nəticələr bizi məqsədlərimizə çatdıra bilsin. Bundan əlavə, biz bütün sahələrdə əməkdaşlığımızın genişləndirilməsini vurğuladıq” - deyə, Qətər Əmiri bəyan edib.

Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani deyib: “Biz razılaşdıq ki, hazırda mövcud olan münaqişələrin həllinin ən yaxşı yolu konstruktiv dialoqdur. Bu baxımdan, biz cənab Pezeşkiyanın Körfəz Əməkdaşlıq Şurası ölkələri və İslam ölkələri ilə ümumi maraqlara və mehriban qonşuluğa əsaslanan konstruktiv münasibətlər haqqında dediklərini alqışlayırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .