General-mayor Məhəmməd Baqiri çərşənbə günü axşam saatlarında SEPAH Quru Qoşunlarının “Böyük Peyğəmbər- 19” hərbi təliminin son mərhələsi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada İslam Respublikasının Silahlı Qüvvələrinin hazırlığın ən yüksək səviyyəsində olduğunu vurğulayaraq deyib: “Düşmən tərəfindən hər hansı bir səhv olarsa, sionist rejimin və onun texnikasını və əməliyyatını planlaşdırılmasında iştirak edənlərin sabitliyi təhlükə altına düşəcək.”
Baqiri deyib: “İran İslam Respublikasının hava hücumundan müdafiəsi tam hazır vəziyyətdədir və ona dəyən kiçik ziyan tam şəkildə təmir edilib.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “İslam Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi tam hazırlığın zirvəsindədir. Raket istehsalı da fasiləsiz, çox yüksək miqdarda və keyfiyyətlə davam edir.”
Sizin rəyiniz