Xarici işlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsindəki hesabında Qətər əmirinin Tehrana səfərinə toxunaraq yazıb: Qardaşlarımız Əmir Təmim bin Həməd Ali Sani və Qətər Baş naziri Məhəmməd Bin Əbdürrəhman Ali Saninin qonaqpərvərliyi həmişə xoşdur. İkitərəfli münasibətlər və regional məsələlərlə bağlı səmərəli fikir mübadiləsi apardıq. Qonşularımız bizim prioritetimizdir.
Qətər əmiri "Təmim bin Həməd bin Xəlifə Ali Sani" 19 fevral 2025-ci il çərşənbə günü prezident Məsud Pezeşkiyan, xarici işlər naziri Abbas Əraqçi və digər İran rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün rəsmi səfərə gələrkən, energetika naziri Abbas Əliabadi tərəfindən Tehranın Mehrabad hava limanında qarşılandı. Sonra onu Səd Abad kompleksində prezident Pezeşkiyan rəsmi şəkildə qarşıladı. Qətər əmiri və onun rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə günü axşam İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşdü.
Sizin rəyiniz