İranın Atom Enerjisi Təşkilatı bu gün (20 fevral, cümə axşamı) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin son bəyanatlarına münasibət bildirərək bəyanat yayıb.
Bəyanatda qeyd olunur: Agentliyin baş direktorundan mühüm beynəlxalq təşkilatın yüksək vəzifəli şəxsi kimi hər zaman tərəfsiz, peşəkarcasına, siyasi qərəzsiz çıxış və fəaliyyət göstərməsi gözlənilir. Təəssüflər olsun ki, cənab Qrossinin bəzi bəyanatlarında və mövqelərində, xüsusən də son zamanlar verdiyi açıqlamalarda belə xüsusiyyətlər yoxdur. Bu məsələ belə bir mühüm beynəlxalq təşkilatın qərəzsizlik və peşəkarlıq yolundan uzaqlaşaraq öz etimadını zədələyəcəyi ilə bağlı narahatlıqları artırıb.
Bəyanatda əlavə olunur: ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı ədalətsiz təzyiqləri üçün bu təşkilatdan sui-istifadə etməyə çalışdığı bir vaxtda bu siyasi və qeyri-peşəkar bəyanatlar onların qeyri-legitim maraqları üçün bəhanəyə çevrilə bilər. Cənab Qrossinin Yaponiyada keçirdiyi mətbuat konfransında verdiyi son açıqlamalar qeyri-peşəkar davranış və çıxışın nümunəsidir.
Qrossi açıqlamasında İrandan nüvə silahı əldə etmək istəmədiyini sübut etməyi istəyib.
Sizin rəyiniz